İmkanlı klub daha bir tanınmışı heyətinə qatdı – 15 min manatlıq təzminat

22 Yanvar 23:40 II Divizion 2 637
İmkanlı klub daha bir tanınmışı heyətinə qatdı – 15 min manatlıq təzminat

Transferlərdən doymayan “Şəfa” heyətini daha bir futbolçu ilə gücləndirib.

II Liqa təmsilçisi Premyer Liqadan tanıdığımız Ruslan Hacıyevi sıralarına qatıb.

Maliyyə dayaqları möhkəm olan klub bu keçid üçün Ruslanın müqavilə ilə məxsus olduğu “Şahdağ”a 15 min manat civarında təzminat ödəyib.

26 yaşlı cinah oyunçusu elitada “Qarabağ” və “Səbail”in formasını geyinib, U-19 millimizin şərəfini qoruyub, son illərdə aşağı liqalarda “İrəvan”la “Şahdağ”ın üzvü olub.

Qarşısına I Liqaya yüksəlmək hədəfi qoyulan “Şəfa” buna qədər Premyer Liqadan tanıdığımız Amil Yunanov, Elnur Cəfərov, Tərlan Quliyev, Zahid Mərdanov kimi futbolçuları heyətinə qatıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Mart 08:20 Qeyrət üçün 50 manat