COP29

“Komanda güclənməyə davam etsə, mənim üçün çətin olacaq”

22 İyun 20:40 II Divizion 3 605
“Komanda güclənməyə davam etsə, mənim üçün çətin olacaq”

“Mən bu haqda çox fikirləşmişəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin sabiq yarımmüdafiəçisi Elvin Məmmədov deyib.

O, “Araz Saatlı” ilə keçirilən pley-off mərhələsinin cavab oyunundan sonra I Liqaya vəsiqə qazanan “Cəbrayıl”la vidalaşıb.

Qarabağ təmsilçisinin fanatları Tovuz futbolunun yetirməsini Saatlıda alqışlarla yola salıb. Xeyli sayda azarkeş onu tribunaya tərəf səsləyərək, “çox sağ ol“ şüarını səsləndiriblər.

35 yaşlı futbolçu karyerası ərzində “Turan Tovuz”, “İnter” (Bakı), “Qarabağ”, “Bakı”, “Zirə”, “Qəbələ”, “Sumqayıt” və “Şamaxı” klublarının formasını geyinib.

Məmmədov növbəti mövsüm oynamağa davam edib-etməyəcəyi barədə suala qısaca belə cavab verib:

"Oynamağa davam edib-etməyəcəyim barədə bir söz deyə bilmərəm.

Düzdür, İkinci Liqa yarımhəvəskar olduğuna görə mənə bir qədər rahat idi. Amma komanda güclənməyə davam etsə, üst liqalara vəsiqə qazansa, mənim üçün çətin olacaq.

Ona görə bu barədə çox danışmaq istəmirəm".

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?