Peşəkar Futbol Liqası (PFL) Azərbaycan çempionatının I Divizionunda aprel ayının ən gözəl qolunun müəllifi seçilmiş Rüfət Məmmədovu mükafatlandırıb. Sportinfo.az xbər verir ki, PFL-ə dəvət olunan "Qaradağ Lökbatan"ın futbolçusuna xüsusi hədiyyə və əvvəlcədən nəzərdə tutulduğu kimi 500 manat məbləğində pul mükafatı verilib. Mükafatları PFL-in baş direktoru Məlik Həsənov təqdim edib.
Azarkeşlər və jurnalistlər arasında keçirdiyi sorğunun nəticəsinə əsasən Rüfət Məmmədov bütün rəqiblərini böyük ölçüdə üstələyib. Azarkeşlər və jurnalistlərin seçimində eyni futbolçu 1-ci olduğu üçün qaydalara əsasən Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə etməyib. Beləliklə, Məmmədov I Divizionda aprel ayının ən gözəl qolunun müəllifi kimi tarixə düşüb.

