Mayın 12-də AFFA-nın Lisenziya Komissiyasının iclası keçiriləcək. Federasiya rəsmi saytı vasitəsilə elan edib ki, toplantıda gələn mövsüm Premyer Liqada iştirak etmək istəyən klubların müracətlərinə baxılacaq.
Mətbuatda I Divizionda mövsümü ilk 3 pillədə başa vuran “Turan Tovuz”, “Səbail” və “Ağsu”, həmçinin “Şəmkir”in quruma lisenziyaları təqdim etdiyi bildirilib. Ancaq sözügedən aşağı dəstə təmsilçilərindən yalnız "Səbail" elitaya yerli-yataqlı hazırdı.
"Ağsu"nun iddiasından geri çəkildiyi söylənilirsə, "Turan"a sponsorunun yoxluğu problem yaradır. Sportinfo.az-ın məlumatına görə, "Şəmkir" AFFA-ya bank təminatı verə bilmir. Qərb klubunun icraçı direktoru Vaqif Əliyev bu məqsədlə 2 dəfə federasiya rəsmiləri ilə görüşsə də, ondan əvvəl 1 milyon, daha sonra 500 min manatlıq bank zəmanəti istənilib.
Əliyev bu sənədi almağa indi güclərinin çatmadığını, mayın üçüncü yarısınadək problemi həll edə biləcəklərini bildirib. AFFA-nın Lisenziyalaşdırma Komissiyası bununla razılaşmayıb və sabahadək "Şəmkir"ə vaxt verib.

