"Həmin iş adamı gəlsin, "Turan"ı alıb verim ona"

9 May 2017 18:12 I Divizion 1 580
"Həmin iş adamı gəlsin, "Turan"ı alıb verim ona"

"Turan"ın Premyer Liqaya qayıtmasını ən çox istəyənlərdən biri mənəm. Uzun illər bu klubda müxtəlif vəzifələrdə çalışmışam, prezidenti olmuşam. O stadionun daşı da, torpağı da mənə doğmadı. AFFA-nın hansı qərar verməyə hazırlaşdığını bilmirəm, çünki son vaxtlar futboldan bir qədər uzaqlaşmışam. Amma arzu edirəm ki, "Turan"ı gələnilki çempionatın iştirakçıları arasında görək".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Tovuz klubunun sabiq prezidenti Namiq Məstanov deyib. Hazırda Gürcüstanın paytaxtı Tiflisdə biznes fəaliyyəti ilə məşğul olan müsahibimizin bildirdiyinə görə, I Divizionun son çempionunun elitada çıxışı maliyyədən asılıdı:

"Mətbuatda yazılar gedir ki, klub icra başçısı Tofiq Zeynalovun nəzarətində olduğundan, heç bir iş adamı sponsorluq etmək istəmir. Kökündən yanlış fikirdi. Siz sponsor tapın, mən "Turan"ı icradan alıb verim ona. Yoxdu belə bir insan. "Turan"da işlədiyim vaxt mən də çox qapını döymüşəm, sponsorluq üçün müraciət etmişəm.

Sizə bir hadisə danışım. Bir dəfə imkanlı iş adamlarından biriylə görüşdüm, klubun büdcəsi və məqsədi barədə genişh məlumat verdim. Bütün suallarına məndən cavab aldı. Dedim ki, AFFA hər il "Turan"a filan qədər vəsait ayırır, bu da filan-filan işlərə xərclənir. Elə bildim ki, bunları məndən eşidəndən sonra kluba əlavə büdcə verəcək.

Dedi, məşqçiləriniz və futbolçularınız tovuzludu, Tovuzu belə çox istəyirlərsə, maaşdan imtina etsinlər, onda AFFA-nın verdiyi pul "Turan"a artıqlamasıyla çatacaq. Camaatı üzvlüyə qəbul etdirməklə klub saxlamaq qeyri-mümkündü. Klubun bir sahibi olmalıdı, idarəetmə aparatı da həmin şəxslə olmalıdı.

Bir vaxtlar rayonumuzun prokuroru Tarıyel müəllim idi, onun təşəbbüsü ilə Tovuzun idarə-müəssisələri, iş adamları və başqaları "Turan"a hər ay yardım edirdi. Hər dəfə pul verəndə çoxu narazılığını bildirirdi. Deyirdilər ki, mən boğazımdan kəsib pul verim, futbolçu da bu pulla gedib özünə dükan açsın? Deyirdilər, biz bəyəm o futbolçudan zəif oğlanıq, verdiyimiz pulla özümüzə iş qura bilmərik?

"Turan"ı yaşatmaq üçün başqa nəsə fikirləşmək lazımdı. Xahiş-minnətlə ondan-bundan pul istəməklə, üzvlüyə qəbul elətdirməklə klub saxlamazlar. Yuxarı səviyyədə hansısa şirkətə, imkanlı şəxsə tapşırıq verilməlidi ki, götür, "Turan"a bax. Oturduğu yerdə bir adam gəlib bunu etməyəcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti