I Divizion klubu stadion tikintisi üçün nazirlikdən büdcə istədi

9 May 2017 15:00 I Divizion 1 176
I Divizion klubu stadion tikintisi üçün nazirlikdən büdcə istədi

Mərkəzi Ordu İdman Klubu (MOİK) haqda bir müddət əvvəl gözlənilməz xəbərlər yayılmışdı. I Divizionda sezona çempionluq iddiası ilə başlayan, baş məşqçi dəyişikliyindən sonra məqsədiylə vidalaşan və orta sıralarda yer alan komandanın çıxışının Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qeyri-məqbul hesab edildiyi bildirilirdi.

İddia olunurdu ki, MOİK mayda fəaliyyətini rəsmən dayandıracaq, klubun yerləşdiyi baza söküləcək, xidmət keçən futbolçular hərbi hissələrə göndəriləcək. Mülki statusla müqavilə bağlamış 8 oyunçunun 2 həftə öncə burdan uzaqlaşdırılması bu prosesin davamı kimi yozuldu.

Sportinfo.az-ın məlumatına görə, MOİK-in yaşayıb-yaşamasına yaxın günlərdə aydınlıq gələcək. Ən maraqlı xəbər isə klub rəhbərliyinin yeni stadion və baza tikintisinə büdcə ayrılması ilə bağlı nazirliyə müraciət etməsidi. Söhbət 2007-ci ildə sökülən arena və digər idman komplekslərinin yerində müasir standartlara uyğun qurğunun inşasından gedir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti