ADINIZI DƏYİŞİN - AFFA 4 klubu I Diviziondan uzaqlaşdırmaq istəyir

8 May 2017 14:12 I Divizion 1 537
ADINIZI DƏYİŞİN - AFFA 4 klubu I Diviziondan uzaqlaşdırmaq istəyir

AFFA "Bakılı", "Göyəzən", "Energetik" və "Bakılı" fəaliyyətini dayandıra bilər. AFFA adlarını çəkdiyimiz klubların növbəti mövsümdə I Divizionda iştirak etməsini istəmir. Buna səbəb onların danışılmış oyunlarda iştirakı ilə bağlı UEFA-dan gələn məktublarda "şübhəli oybekt" kimi göstərilməsidi.

"Rəvan" və "Şərurspor"u bu üzdən sezonun ortasında çempionatdan uzaqlaşdıran qurum indi bu 4 klubun "ləpirində gəzir". Martda hamısına son xəbərdarlıq edilib, düzdü. Lakin növbəti həftələrdə İsveçrədən göndərilən serkulyar məktublarda yenə bu aşağı dəstə təmsilçilərinin adları hallanıb.

UEFA-nın cəzasından çəkinən AFFA-nın divizion mənsublarına alternativ çıxış yolu göstərdiyini və bu yolla yarış iştirakçılarının sayının azalmasını önlədiyini planlaşdırmasından məlumatlıyıq. Belə ki, federasiya şübhə mərkəzində olanlara ad dəyişikliyinə getməyi məsləhət görüb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti