"Elə pullu adam tanmıram ki, deyim, "Zaqaiala"nı himayənə götür"

4 May 2017 15:00 I Divizion 1 217
"Elə pullu adam tanmıram ki, deyim, "Zaqaiala"nı himayənə götür"

"Biz lisenziyalaşdırma ilə bağlı bütün sənədləri hazırlayıb, vatında AFFA-ya təhvil vermişik. Mayın 10-da bununla əlaqədar federasiyada toplantı keçiriləcək və bizi də ora dəvət ediblər" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın prezidenti Musa Qurbanov deyib.

AFFA rəsmi saytı vasitəsilə mayın 12-də Lisenziya Komissiyasının iclasının keçiriləcəyini və gələn mövsüm Premyer Liqada iştirak etmək istəyən klubların müracətlərinə baxılacağını bəyan edib. Mətbuatda I divizionda mövsümü ilk 3 pillədə başa vuran “Turan Tovuz”, “Səbail” və “Ağsu”, həmçinin “Şəmkir”in lisenziyalarını təqdim etdiyi qeyd edilib.

Ancaq AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov ad çəkməsə də, daha çox komandanın sənəd təqdim etdiyini söyləyib: “Premyer Liqanın bütün klubları yeni mövsümlə bağlı sənədlərini təqdim ediblər. AZAL dünən fəaliyyətini dayandırdığını bəyan etdiyi üçün yəqin ki, onların ərizəsinə baxılmayacaq. Divizionda 4-dən çox klub Premyer Liqada iştirak üçün müraciət edib. Adlarını açıqlaya bilmərəm, buna mayın 12-də aydınlıq gələcək. Bəziləri bütün sənədləri veriblərsə, bəziləri hələ tam şəkildə təqdim etməyiblər”.

Elçin Məmmədov elitada iştirak etmək arzusunda olan I divizion təmsilçilərinin maliyyə ilə bağlı sıxıntılarını xüsusi vurğulayıb: “I divizionun nümayəndələri də açıqlamalarında qeyd edirlər ki, maliyyə dəstəyi ilə bağlı çətinlikləri var. Bu, heç kimə sirr deyil. Elə indi də bəziləri bildirirlər ki, maliyyə dəstəyi axtarırıq, bunun üzərində çalışırıq.

Biz əmin olmalıyıq ki, klubun gələn mövsüm üçün stabil gəlir yeri var və həmin komanda fasiləsiz, davamlı şəkildə Premyer Liqada oynaya biləcək. Əgər hər hansı bir klub bunu bizə isbat edə bilməsə, ona lisenziya verilməyəcək. Klubların vəziyyətini onların nümayəndələrinin açıqlamalarına əsasən özünüz də müəyyən edə bilərsiniz. Təbii ki, Lisenziya Komissiyası Lisenziyalaşdırma Qrupunun rəyinə çox diqqət yetirir. Amma sənədlərə özləri də baxacaq və yekun qərarı komissiya verəcək” (apasport).

M.Qurbanovun bildirdiyinə görə, 5 meyardan yalnız bank zəmanətiylə bağlı müddəa açıq qalıb: "AFFA Premyer Liqada çıxış etmək istəyən bütün klublardan bank zəmanəti istəyir. Bizim sponsorumuz olmalıdı ki, bankdan zəmanət məktubu alaq. Heç bir bank boş-boşuna məktub verər? Bilirsiz kİ, "Zaqatala"nı maliyyələşdirən AFFA-dı.

Maliyyə cəhətdən AFFA-dan asılı olan digər divizion klublarının necə və hansı yolla bank zəmanəti almasından, ümumiyyətlə, bu şərti yerinə yetirib-yetirməməsindən xəbərsizəm. Mənim öz klubumuz, Zaqatala futbolunun gələcəyi maraqlandırır. AFFA rəhbərliyi ilə vaxtaşırı söhbətimiz olur. Ancaq bircə dəfə deyilməyib ki, "Zaqatala" Premyer Liqaya gələcək. AFFA-nın hansı kriteriyalar əsasında seçim edəcəyindən məlumatsızam.

Ancaq mənə elə gəlir ki, fərdi sponsoru olanlara üstünlük verəcək. Buna görə ki, bütün maliyyə yükü AFFA-lıq olmasın. Əgər Premyer Liqada sayı və çempionatın coğrafiyasını genişləndirmək istəsələr, yəqin ki, Tovuz və Zaqatalanı bu xəritəyə əlavə edəcəklər. Fikrimcə, bu məsələlərə mayın 10-dan tez aydınlıq gəlməyəcək.

Bir ara mətbuatda xəbər yayıldı ki. Krasnodarda yaşayan zaqatalalı iş adamları klubumuzu himayəsinə götürəcək. Mən əslən bizim rayondan çıxan elə iş adam görmürəm ki, "Zaqatala"nı himayəsinə götürmək istəsin. Varsa da, mən onu şəxsən tanımıram. Tanıdıqlarım arasında belə birisi yoxdu ki, ondan bunu xahiş edib".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti