I Diviziondan Premyer Liqaya gələn 3 klubdan 2-si bilindi, 1-i isə...

4 May 2017 11:36 I Divizion 3 656
I Diviziondan Premyer Liqaya gələn 3 klubdan 2-si bilindi, 1-i isə...

Mayın 12-də AFFA-nın inzibati binasında Lisenziya Komissiyasının iclası keçiriləcək. İclasda 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş klubların ərizələrinə baxılacaq.

Çıxarılacaq qərarlara əsasən avrokuboklara oynayacaq komandaların adı rəsmiləşəcək. Bu hüququ qazanan “Qarabağ”, “Qəbələ”, “İnter” və “Zirə” vəsiqəsini rəsmiləşdirmək üçün müvafiq lisenziyanı almalıdı. Həmçinin Premyer Liqaya çıxış edəcək klubların adı bəlli olacaq.

I Divizionun mükafatçıları - “Turan Tovuz”, “Səbail” və “Ağsu”nun Premyer Liqanın debüt edib-etməməsinə aydınlıq gələcək. Tovuz klubu gözünü elitadan çəksə yaxşıdı. Bəxt quşu yenə cəh-cəh vurmayacaq. "Səbail"in üzünə bütün qapılar açıqdısa, ağsulular da liqanın biraddımlığındadı.

AZAL-ın fəaliyyətini dayandırması və "Zirə" ilə birləşməsi AFFA-nın məcbur edib ki, aşağı dəstədən daha bir komandanı yuxarı çəksin. Axı məqsəd ölkənin əsas çempionatının iştirakçılarının sayını 10-a çatdırmaqdı. "Şəmkir", "Zaqatala" və "Qaradağ Lökbatan" bu yerə iddialıdı. Yəqin ki, mübarizə son anadək "Şəmkir"lə "Zaqatala" arasında gedəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti