"Şəmkir"in Premyer Liqada oynayacağı hələ dəqiqləşməyib. Rövnəq Abdullayev bu məsələni mayın 5-dən sonraya saxlayıb. Həmin gündən etibarən yalnız "Şəmkir" deyil, ümumiyyətlə, Premyer Liqaya aşağıdan hansı komandaların gələcəyi müzakirəyə çıxarılacaq" - bu sözləri AFFA rəhbərliyinə yaxın şəxs Sportinfo.az-a deyib.
Adının çəkilməsini istəməyən mənbə bildirib ki, federasiya başçısı gələn mövsüm Premyer Liqada 10 klubun çıxış etməsini istəyir. Problem ondadı ki, divizionda olan iddialıların hamısı SOCAR-dan maliyyələşir. Ayrı bir sponsor yoxdu. "Şəmkir"də məsələ başqa cürdü. Hamı bilir ki, "Şəmkir"ə pul buraxan kimdi.
Rövnəq müəllim zəngi onlardan gözləyir. Həmin instansiya deməlidi ki, mən Premyer Liqanı istəyirəm. Klubun prezidenti bir neçə dəfə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşüb. Amma bu. İşin həll olunması demək deyil. Çünki çempionatın iştirakçılarını və sayını Musayev müəyyənləşdirmir".

