Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı, I Divizion yarışlarını da daim diqqətdə saxlayır. Sportinfo.az xəbər verir ki, qurum artıq 6-cı dəfə I Divizionda ayın ən yaxşı qolunu müəyyənləşdirəcəyik. I Divizionda vurulan ən yaxşı qol (5 qol arasından) azarkeşlər, idman jurnalistləri və Peşəkar Futbol Liqası tərəfindən səsvermə yolu ilə seçilir.
Ay ərzində vurulan ən yaxşı 5 qolun videosu Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilir. Azarkeşlər sayta daxil olub, ən yaxşı qolu müəyyənləşdirmək imkanına malik olurlar. Azarkeşlər və jurnalistlər ayrı-ayrılıqda səsvermənin 40 faizinə sahibdirlər.
Səsvermə zamanı hüquqların 20 faizi Peşəkar Futbol Liqasına məxsusdu. Əgər səsvermə zamanı jurnalistlər bir, azarkeşlər digər futbolçunu 1-ci yerə layiq görərsə, PFL ikisi arasında seçim edib, ən yaxşını müəyyənləşdirir. Əgər hər iki tərəfin seçimi üst-üstə düşərsə, bu zaman PFL səsvermə hüququndan istifadə etmir.
Başa çatan aprel ayının ən yaxşı qolu artıq PFL-nin saytında yerləşdirilib. Orada orğunun alt hissəsində yerləşdirilmiş “flash banner”in üzərinə klik edib aprel ayında I Divizionda vurulmuş 5 gözəl qolu izləyib, seçiminizi edə bilərsiniz. Sorğu mayın 10-dək qüvvədə olacaq.

