I Divizion klubu Premyer Liqa üçün ağır tədarükə başladı

3 May 2017 11:36 I Divizion 1 565
I Divizion klubu Premyer Liqa üçün ağır tədarükə başladı

Ağsu şəhər stadionu əsaslı təmirə bağlanıb. Rayonun eyniadlı təmsilçisinin aşağı yaş qruplarından ibarət komandalarının sayının artması meydança çatışmazlığına səbəb olub. Bununla əlaqədar stadionun böyüdülməsi, kiçik meydançaların sayının artırılması, sıradan çıxmış oturacaqların dəyişdirilməsi və sektorların üzərinin yenilənməsi nəzərdə tutulur.

Bu, yalnız I Divizionda mövsümün başa çatması ilə əlaqədar deyil. Sportinfo.az-ın məlumatına görə, arenada aparılan dəyişikliklər Mikayıl İsmayılovun göstərişi əsasında icraata götürülüb. SOCAR-ın ümumi məsələlər üzrə vitse-prezidenti, bilindiyi kimi, "Ağsu"nun qeyri-rəsmi himayədarıdı. Aşağı dəstə təmsilçisi yarandığı gündən neft şirkətinin vəzifəli şəxsinin sərəncamındadı.

Əslində, aranlılar Premyer Liqaya hazırlaşır. Divizionda mövsümü bürünc medalla başa vuran "Ağsu" elitaya çox yaxındı. Onlara tezliklə elitaya hazırlığa başlamaq yönündə tapşırıq verilib. Bu, AFFA və SOCAR prezidenti Rövnəq Abdullayevin Mikayıl İsmayılovla görüşündə razılaşdırılıb.

Abdullayevə çox yaxın sayılan kadrlardan biri sayılan İsmayılov "Ağsu"nun Premyer Liqa xərclərini SOCAR-ın ümumi büdcəsindən qarşılamayacaq. Yəni, razılaşma təzədən gözdən keçirilməsə, elita planı suya düşməsə, komandanın məsrəfini daxili imkanları hesabına ödəyəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti