Sadıq Sadıqovun klubunun Premyer Liqa yolu bağlandı

30 Aprel 2017 17:48 I Divizion 2 319
Sadıq Sadıqovun klubunun Premyer Liqa yolu bağlandı

Bugünlərdə xəbər vermişdik ki, SOCAR-ın rəhbərliyində yer alan şəxslər "Neftçi" İdman Klubunun İdarə Aparatının sədri Sadıq Sadıqova təzyiq göstərməyə başlayıb. Neft şirkətinin rəsmiləri "Qaradağ Lökbatan"ın fəaliyyətini dayandırmasını istəyir.

Uzun illərdi I Divizionda mübarizə aparan qəsəbə klubu "Neftçi"İK-nun balansındadı, başqa sözlə, maliyyəni SOCAR-dan alır. Onları narahat edən də budu - şirkətdən bura pul getməsin. Bağlı qapılar arasında hazırlanan plan Tovuzda işə düşdü.

QL hakimlərin əliylə uduzduruldu və bu, Sadıqovun nəzarətindəki komandanı bürünc medaldan məhrum etdi. Bundan fayda görən isə "Ağsu" oldu. SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun çətiri altına aldığı Aran təmsilçisi səfərdə "Şəmkir"lə qolsuz bərabərliyə razılaşaraq, 3-cü pilləni ələ keçirdi. Bu "qurğu" AFFA-nın da işini asanlaşdırdı.

"Şüşəbənd" arxasında əyləşənlər Sadıqovun bir vasitə ilə futbola qayıtmasını istəmir. Turnir cədvəlinin ilk üç pilləsini tutanlar - "Turan Tovuz", "Səbail" və "Ağsu"nu Premyer Liqaya "transfer etmək" indi qurum üçün daha asandı. Bir güllə ilə neçə "dovşan"sa vurdular. Deməyə sözləri də var artıq: "Medalçıları elitaya aparmaqla reqlamentə riayət edirik" deyə…

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti