"Kəpəz"ə 5 milyon ayıran sponsor tapıldı, AFFA razılaşmadı?

9 May 2020 00:42 I Divizion 1 276
"Kəpəz"ə 5 milyon ayıran sponsor tapıldı, AFFA razılaşmadı?

"Kəpəz"lə bağlı maraqlı məlumat əldə etmişik.

Sportinfo.az xəbər verir ki, mart ayında, pandemiyadan əvvəl Rusiyada böyük ticarətlə məşğul olan bir nəfər gəncəli "Kəpəz"i öz himayəsinə götürmək istəyib.

Həmin şəxs komandanın Premyer Liqaya buraxılacağı təqdirdə sponsorluğa razı olduğunu və ilk mövsüm üçün 5 milyon büdcə ayırmağa hazır olduğunu bildirib. Lakin bir şərtlə ki, klub tamamilə onun himayəsinə verilsin və müstəqilliyi təmin olunsun.

Əldə etdiyimiz məlumata görə, AFFA bu şərtlər altında komandanı verməyə razı olmayıb və məsələ bağlanıb (rekord.az).

Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM