COP29

I Liqa: Hansı rayonda stadiona daha çox azarkeş gəlir?

14 İyun 14:20 I Divizion 2 714
I Liqa: Hansı rayonda stadiona daha çox azarkeş gəlir?

“Karvan” klubu Azərbaycan I Liqasında ev oyunlarına ən çox azarkeş gələn komanda olub.

Peşəkar Futbol Liqasından Sportinfo.az-a verilən məlumata görə, Yevlax təmsilçisinin ev matçlarına mövsüm ərzində orta hesabla 1208 tamaşaçı gəlib.

Bu göstəricidə “İmişli” ikinci, liqanın qalibi “Şamaxı” üçüncüdür. I Liqada 2023/2024 mövsümünün görüşlərini ümumilikdə 61970 tamaşaçı izləyib.

Texniki nəticələrin qeydə alındığı iki matçı nəzərə almasaq, digər 133 qarşılaşmada orta tamaşaçı sayı 466-ya bərabər olub.

Mövsümün rekordu “İmişli” – “Qaradağ Lökbatan” görüşündə qeydə alınıb. XXV turda baş tutan matçı 3800 tamaşaçı izləyib.

“Karvan”ın “Mingəçevir”lə I, “Difai Ağsu” ilə III turdakı matçlarında 2500 izləyici olub.

Yer

Komanda

Oyun

Tamaşaçı

Orta

1

"Karvan"

14

16910

1208

2

"İmişli"

12

11090

924

3

"Şamaxı"

13

9400

723

4

"Mingəçevir"

13

8330

641

5

"Zaqatala"

14

6250

446

6

"Araz Saatlı"

14

3870

276

7

"Qaradağ Lökbatan"

14

2795

200

8

"Difai Ağsu"

14

1330

95

9

MOİK

13

1075

83

10

"İrəvan"

12

920

77

Cəmi

133

61970

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?