“İddialı olacağıq, çempionluq uğrunda mübarizə aparacağıq”

15 İyun 2024 11:40 I Divizion 2 876
“İddialı olacağıq,  çempionluq uğrunda mübarizə aparacağıq”

«Bizim əsas məqsədimiz çempionluq uğrunda mübarizə aparmaq olacaq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Baku Sportinq»in baş məşqçisi Elman Sultanov deyib.

Buzovna təmsilçisi növbəti mövsümdən I Liqada qüvvəsini sınayacaq. İlk dəfə qatıldığı II Liqanın çempionu olan qəsəbə komandası bir üst turnirə də iddialı gəlir.

Əsas heyətin özəyini qoruyacaqlarını söyləyən mütəxəssis bildirib ki, onların gəlişi ilə rəqabət daha da güclənəcək:

«Yaxşı komanda formalaşdırmaq istəyirik. İkinci Liqadakı uğurlu çıxışımızı burada da davam etdirməyə qərarlıyıq.

Aparıcı futbolçularımızın hamısını saxlayacağıq. Bir neçə mövqeni də gücləndirəcəyik.

Böyük ehtimalla, ev oyunlarımızı Buzovnada keçirəcəyik. Burada komanda üçün hər cür şərait yaradılıb.

İnanırıq ki, qəsəbə camaatı da hər oyunda futbolçulamızın yanında olacaq».

Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”