Bu klub AFFA-nın qərarını vecinə almır?

26 Mart 19:40 I Divizion 1 037
Bu klub AFFA-nın qərarını vecinə almır?

Yanvarın 17-də AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin 1-ci liqa təmsilçisi "İrəvan"la bağlı qərarları ictimaiyyətə təqdim olundu.

AFFA-nın mətbuat xidmətinin yaydığı məlumatda aşağıdakı qərarlar qəbul edilmişdi:

“İrəvan” tərəfindən Əlizadə Asim Xosrov oğluna ödənilməyən və ödənilməli olan xidmət haqqı məbləği 1 may 2024-cü il tarixinədək ödənilsin, o cümlədən hər ay ona ödənilməli olan xidmət haqqı məbləği tərəflər arasında mövcud olan müqavilənin sonunadək A.Əlizadəyə ödənilsin.

“İrəvan” tərəfindən Jidkov Aleksandr Vitalyeviçə ödənilməyən və ödənilməli olan xidmət haqqı məbləği birdəfəlik qaydada A.Jidkova ödənilsin.

İrəvan” Futbol Klubu ilə Tağıyev Cavid Qabil oğlu arasında mövcud olan müqaviləyə xitam verilsin.

Qərarın qəbul olunmasından 10 gün vaxt keçdiyini nəzərə alıb “İrəvan”dan narazı ayrılan Azərbaycan millisinin sabiq qapıçısı Aleksandr Jidkovla əlaqə saxladıq.

Nazim Süleymanovun təklifi ilə ölkəmizə gələrək avqustdan dekabra qədər qapıçı-məşqçi işləyən 59 yaşlı mütəxəssis Sportinfo.az-a açıqlamasında indiyə qədər “İrəvan”dan pulunu almadığını bildirdi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"