COP29

“Verdiyim sözü yerinə yetirə bilmədiyim üçün burada qalmağım düzgün olmazdı”

5 İyun 08:30 I Divizion 1 067
“Verdiyim sözü yerinə yetirə bilmədiyim üçün burada qalmağım düzgün olmazdı”

"Mövsüm bitəndən sonra klub rəhbərliyi əməkdaşlığı davam etdirmək istəsə də, verdiyim sözü yerinə yetirə bilmədiyim üçün qalmağım düzgün olmazdı".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında “İmişli”nin sabiq baş məşqçisi Əsgər Abdullayev postundan ayrılması barədə danışarkən deyib.

Azərbaycan millisinin sabiq çalışdırıcısı klub rəhbərliyi ilə görüş zamanı ayrılmaq istədiyini bildirib:

“Komanda Premyer Liqaya vəsiqə qazanmaq hədəfinin öhdəsindən gələ bilmədi. Əslində, heç kim məni birinci yer tutmağa məcbur da etməyib.

Sadəcə, özüm bunu istəyirdim. Mövsüm bitəndən sonra klub rəhbərliyi əməkdaşlığı davam etdirmək istəsə də, verdiyim sözü yerinə yetirə bilmədiyim üçün qalmağım düzgün olmazdı.

Mən də birinci yeri tutmaq gücündə olduğumuza inanırdım. Yaxşı futbolçular, komanda yığmışdıq. Təəssüflər olsun ki, alınmadı".

"İmişli" I Liqanı 47 xalla dördüncü pillədə başa vurub. 64 yaşlı mütəxəssis mövsümü dəyərləndirib:

“Məncə, “Qaradağ Lökbatan”la oyunda qolun hesaba alınmaması, Premyer Liqaya cəmi bir komandanın yüksəlməsi kimi amillər çempionatın son oyunlarında futbolçulara təsir etdi.

Hər halda günahı özümüzdə axtarmalıyıq. Komanda olaraq boşluqlar verdik”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?