Azərbaycan I Liqasını 10-cu sırada başa vuran “Araz Saatlı” II Liqanın ikincisi “Cəbrayıl” ilə üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, 2024/2025-cü illər mövsümündə 1-ci Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ilk görüşü “ASCO Arena”da baş tutub.
Qarşılaşma “Cəbrayıl” kollektivinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar arasında cavab qarşılaşması iyunun 15-də baş tutacaq.
İki oyunun nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti mövsüm Azərbaycan 1-ci Liqasında çıxış etmək hüququ qazanacaq.
ASCO Arena. 300 tamaşaçı Baş hakim: Fərid Hacıyev Baş hakimin köməkçiləri: Zöhrab Abbasov, Eyyub İbrahimov Dördüncü hakim: Rauf Allahverdiyev VAR: Nicat İsmayıllı AVAR: Rəhman İmami Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Elgiz Abbasov Sarı vərəqələr: Zahir Mirzəzadə, 44 (qeyri-idman hərəkəti); Əli Nəcəfli, 90 (qeyri-idman hərəkəti); Məhərrəm Orucov, 90+8 (qeyri-idman hərəkəti) // Fərid Nadirov, 5 (qeyri-idman hərəkəti); Həmzə Əliyev, 24 (qeyri-idman hərəkəti); Rəvan Əvəzov, 71 (qeyri-idman hərəkəti) Qollar: Tapdıq Əhmədov, 40; Elşad Əliyev, 61 Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 8 dəq.
“Cəbrayıl”
1. Fərman Bayramov
20. Ruslan Əmircanov (k)
4. Vüsal Səfərov
(10. Elvin Məmmədov, 76)
44. Samir İbrahimov
9. Ruslan Voronsov
7. Tapdıq Əhmədov
(25. Baxşəli Baxşəliyev, 88)
13. Elşad Əliyev
(17. Nurlan Quliyev, 79)
19. Məhərrəm Orucov
22. Əli Nəcəfli
77. Zahir Mirzəzadə
11. Polad İbrahimov Ehtiyat oyunçular:
12. Nurlan Quluzadə
33. Hüseyn Novruzov
14. Əliəkbər Şəbiyev Baş məşqçi: Cavid Hüseynov