Tərəfkeşlik etdi, pis sözlər eşitdi, yenə öz bildiyini elədi - VİDEO

15 Mart 14:40 I Divizion 603
Tərəfkeşlik etdi, pis sözlər eşitdi, yenə öz bildiyini elədi - VİDEO

I Liqada XVIII tura yekun vurulub.

MOİK Binədə "Difai"nit qəbul edib.

Qarşılaşma "hərbçilər"in 3:1 hesablı qələbəsi ilə başa çatıb. Nəticə 90 dəqiqəlik mübarizənin ədalətini göstərmir.

«Fədailər» hələ ilk hissədə qalibiyyət zəngini çala bilərdi. Bunun üçün 3 real imkanları oldu.

Kristian Kamta və İlham Allahverdiyev ayağına gələn fürsətləri elə ayaqla da boşa verdi. Bir epizodda da top dirəkdən geri döndü.

Bu fraqmentlərin biri torun silkələnməsi ilə yekunlaşsaydı, Cavid Cəlilov da heç nə edə bilməyəcəkdi. Referi birinci dəqiqədən ta axıra kimi MOİK-ə simpatiya bəslədi,

«Difai»nin futbolçuları ilə acı/kobud danışdı, sarı vərəqələri göydə uçurtdu. Əlbəttə, baş hakim bu müddətdə tribunadan dəfələrlə sərt təpgi aldı, ünvanına xoş olmayan sözlər eşitdi.

Bir sıra azarkeşlər Cəlilovu tərəfkeşlikdə qınadı, o isə heç nə olmamış kimi «iş»inə davam etdi.

«Fit sahitbi»nin davranışını görən «Difai» fasilədən sonra təşəbbüsü ordu təmsilçisinə verməli oldu. Onlar da bundan istifadə etdilər.

Biri standart vəziyyətdən sonra olmaqla, ardıcıl üç qol vurdular. Xəyal Bədirov, Nihad Qurbanlı və Elmir Rəhimzadə MOİK-i 3 xala daşıdı.

Hesab 1:0 ikən, Allahverdiyev keçmiş komandasını cəzalandırmaq fürsətini yenə qaçırmasaydı, sonluq daha fərqli və gərgin alınacaqdı. «Fədailər»in təsəllisi Bayraməli Qurbanovun qolu oldu.

Bəxtinin gətirməsi sayəsində xallarını 35-ə yüksəldən MOİK turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 12 xalı olan "Difai Ağsu" isə 9-cu yerdədir.

SPORTİNFO.AZ

Binə qəsəbə stadionu. 45 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Sənan Atayev, Samir Qaracayev
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Sarı vərəqələr: Nicat Əskərov, 39 (qeyri-idman hərəkəti); Nihad Qurbanlı, 69 (hakimin qərarına etiraz); Cavidan Abbaszadə, 70 (qeyri-idman hərəkəti) // Benjamin Ebuka, 23 (qeyri-idman hərəkəti); İlham Allahverdiyev, 45 (qeyri-idman hərəkəti); Tahir Zeynalov, 50 (qeyri-idman hərəkəti); Məqsum Qənbərli, 90+2 (hakimin qərarına etiraz)
Qollar: Xəyal Bədirov, 55; Nihad Qurbanlı, 72; Elmir Rəhimzadə, 82 // Bayraməli Qurbanov, 89
Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 3 dəq.

MOİK

1. Zeynal Əhmədzadə
17. Sabir Allahquliyev (k)
(27. Elşan Sabbaği, 89)
6. İsa Zeynallı
3. Nicat Əskərov
4. Ülvi İbazadə
97. Fərid Abbaslı
77. Elmir Rəhimzadə
8. Ramil Orucov
(7. Elşən Veysov, 85)
10. Xəyal Bədirov
55. Nihad Qurbanlı
(44. Hüseyn Hüseynli, 89)
9. Cavidan Abbaszadə
(20. Nurlan Bayramov, 76)

Ehtiyat oyunçular:

35. Elxan Əhmədov
12. Ayxan Qocayev
19. İlqar Nuruşov
33. Raul Musayev
26. Zöhrab Əsədov
66. Həsrət Mürsəlov
30. Murad Musayev
Baş məşqçi: Qəzənfər Abbasov

“Difai Ağsu”

12. Əlirza Müştəbazadə
3. Kamil Hüseynov (k)
90. İlham Allahverdiyev
(13. Nazim Bağırov, 78)
99. Məqsum Qənbərli
6. Əzəmət Ələkbərli
10. Tahir Zeynalov
2. Seymur Rəhimov
16. Emil Quluzadə
(19. Rəsul İbrahimov, 86)
9. Bayraməli Qurbanov
21. Benjamin Ebuka
(8. Ramin Süleymanov, 72)
32. Kristian Kamta

Ehtiyat oyunçular:

1. Aleksandr Prokrostov
17. Tural Lətifov
4. Fariz Nəcəfov
14. Samir Əliyev
50. Qurban Hüseynov
Baş məşqçi: Elgiz Kərəmli

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"