I Liqaya vəsiqə uğrunda pley-off oyunları bu tarixdə keçiriləcək

31 May 2024 23:00 I Divizion 1 654
I Liqaya vəsiqə uğrunda pley-off oyunları bu tarixdə keçiriləcək

Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off görüşlərinin vaxtı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, II Liqanın gümüş medalçısı "Cəbrayıl"la I Liqanın 10-cusu "Araz Saatlı" arasında keçiriləcək ilk oyun birincilərin ev sahibliyi ilə iyunun 9-u saat 18:30-da “ASCO Arena”da reallaşacaq.

Cavab qarşılaşması isə iyunun 15-də baş tutacaq. İyunun 5-dək Saatlı Olimpiya İdman Kompleksinin stadionuna yayım və təşkilati məsələlər ilə bağlı baxış keçiriləcək.

Təftişə əsasən cavab oyununun yeri və saatı açıqlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA