"Qarabağ" və "Neftçi"nin sabiq müdafiəçisi özünə yeni komanda tapdı

25 Mart 01:10 I Divizion 1 371
"Qarabağ" və "Neftçi"nin sabiq müdafiəçisi özünə yeni komanda tapdı

"Qarabağ" və "Neftçi"nin sabiq futbolçusu Elvin Yunuszadə karyerasını Birinci Liqada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, müdafiəçi "İmişli"nin formasını geyinəcək.

31 yaşlı oyunçu mövsümün sonuna qədər bölgə klubunun formasını geyinəcək.

Yunuszadə qış "transfer pəncərəsi" zamanı Kosovonun yüksək liqasında yarışan "Fuşe Kosovo" klubuna keçməli idi. Lakin sənəd məsələlərinə görə keçid baş tutmayıb.

Elvin karyerası ərzində “Simurq”, “Neftçi”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Çelik”(Bosniya və Herseqovina), “Şkupi”(Şimali Makedoniya), “Şamaxı”, “Kəpəz”, “İrəvan” komandalarında oynayıb.

"İmişli" 18 turdan sonra 35 xalla üçüncü pillədədir. Əsgər Abdullayevin rəhbərlik etdiyi kollektiv lider "Qaradağ Lökbatan"dan bir xal geri qalır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"