COP29

Komandanı Premyer Liqaya daşımdı, istefaya göndərildi

31 May 19:20 I Divizion 3 578
Komandanı Premyer Liqaya daşımdı, istefaya göndərildi

Azərbaycan I Liqasında çıxış edən "İmişli" baş məşqçisi Əsgər Abdullayevlə yolları ayırıb.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi məşqçilər heyəti ilə iclas keçirib və onların hesabatları dinlənilib.

Rəhbərlik komandanın son mövsümdəki nəticəsini qənaətbəxş hesab edərək, məşqçilərə təşəkkürünü bildirib.

Bununla yanaşı, növbəti mövsüm ilə bağlı geniş müzakirələr aparılıb və komandanın yeni məşqçi heyəti ilə çıxış etməsinin daha məqsədəuyğun olacağı qarşılıqlı razılaşma əsasında qərara alınıb.

İclasın sonunda rəhbərlik Əsgər Abdullayev və heyətinə xidmətlərinə görə təşəkkür edib və gələcək karyeralarında onlara uğurlar arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?