Qurbanov, sən neylədin? - Dirək(lər)dən dönən VİDEO

29 Mart 19:00 I Divizion 608
Qurbanov, sən neylədin? - Dirək(lər)dən dönən VİDEO

Azərbaycan I Liqasında XIX turun oyunları keçirilir.

Son 3 turda məğlubiyyətləri sıralayan "Karvan" doğma meydanda "Difai"ni qəbul edib.

Qarşılaşma 0:0 hesablı bərabərlikilə başa çatıb. Oyunun axarının tablodakı rəqəmlərlə üst-üstə düşməsini demək olmaz.

«Fədailər» qonaq qismində çıxış etsə də, daha yaxşı təsir bağışlayıb. Elgiz Kərəmlinin çalışdırdığı Qarabağ qazilərinin təmsilçisi ev sahiblərindən üstün oynayıb, di gəl, ilk dəqiqələrdən bəxtsizliklə üzləşib.

İlham Allahverdiyevlə ön xətdə fəallıq göstərən Ağsu komandası fasiləyədək 3 imkanı qaçırıb. Kristian Kamta, Əbil Əbilov və Bayraməli Qurbanov əlinə düşən fürsəti boşa verib.

Yevlaxlılar fasilədən sonra özünə gəlməyə çalışıb. Bu, onlarda ötəri alınıb.

İkinci hissənin gedişində meydhana çıxan kot d’İvuarlı hücumçu İsmael Sanoqonun qapı tirindən dönən zərbəsini saymasaq, «Karvan» qonaqların qapıçısı Əlirza Müştəbəzadəyə ciddi narahatlıq yaşada bilməyib.

Əvəzində «Difai» 90+4-cü dəqiqədə iki dəfə qolla burun-buruna gəlib.

Öncə Kamtanın ötürməsini cərimə meydançası daxilində qəbul edən Qurbanov müdafiəçini keçib əlverişli mövqeyə çıxsa da, zərbəsi dirəkdən dönüb. Epizodun davamında da Rəhman Quliyev digər dirəyi nişan alıb.

Xallarını 28-ə yüksəldən "Karvan" turnir cədvəlnin 5-ci pilləsində qərarlaşıb. 13 xalı olan "Difai" isə 9-cu yerdədir.

SPORTİNFO.AZ

Yevlax şəhər stadionu. 400 tamaşaçı
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Zöhrab Abbasov
Dördüncü hakim: Şamil İmanzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Sarı vərəqələr: Ceyhun Muxtarlı, 41 (qeyri-idman hərəkəti) // Kamil Hüseynov, 70 (qeyri-idman hərəkəti)
Qol: yoxdur
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə -4 dəq.

“Karvan”

12. Məmməd Muradov
88. Müşfiq Teymurov (k)
10. Akif Tağıyev
21. Elvin Dəmirov
6. Anqenor Qnapi
11. Rövşən Şahmuradov
(17. Ruslan Süleymanov, 60)
7. Ceyhun Muxtarlı
(19. İsmael Sanoqo, 60)
97. Emil Qasımov
3. İzzət Müştaqov
5. Əyyub Cabbarov
14. Uensley Ondo

Ehtiyat oyunçular:

1. Amil Orucov
99. Şahin Zəkiyev
9. Budaq Nəsirov
20. Cavanşir Cavanşirov
Baş məşqçi: Kənan Kərimov

“Difai Ağsu”

12. Əlirza Müştəbazadə
3. Kamil Hüseynov (k)
90. İlham Allahverdiyev
(28. Rəhman Quliyev, 72)
99. Məqsum Qənbərli
6. Əzəmət Ələkbərli
2. Seymur Rəhimov
16. Emil Quluzadə
(19. Rəsul İbrahimov, 60)
9. Bayraməli Qurbanov
5. Əbil Əbilov
21. Benjamin Ebuka
32. Kristian Kamta

Ehtiyat oyunçular:

1. Aleksandr Prokrostov
17. Tural Lətifov
4. Fariz Nəcəfov
13. Nazim Bağırov
71. Coşqun Əsədzadə
50. Qurban Hüseynov
8. Ramin Süleymanov
Baş məşqçi: Elgiz Kərəmli

Digər Xəbərlər
Xəbər Lenti