Bu komanda kimə tapşırıldı? - SON DƏQİQƏ

18 Oktyabr 2024 14:40 I Divizion 2 188
Bu komanda kimə tapşırıldı? - SON DƏQİQƏ

Adil Mahmudovla vidalaşan «Difai»ni qarşıdakı oyunlara kimin çıxaracağı müəyyənləşib.

Klub rəhbərliyi komandanı Aydın Qasımova tapşırıb.

Onun bu postda müvəqqəti və ya uzunmüddətli olması əldə edəcəyi nəticələrdən asılıdır.

«Fədailər» I Liqanın geridə qalan dörd turunda 1 xal toplayıb.

Mövsümə Elgiz Kərəmli ilə başlayan Qarabağ qazilərinin təmsilçisi «Cəbrayıl»la ilk tur matçından sonra Adil Mahmudovu görəvə gətirib.

MOİK-lə 2:2 və «İmişli» ilə «Karvan»a məğlubiyyətdən sonra o, şəxsi işləriylə əlaqədar vəzifəsindən ayrılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"