COP29

I Liqa klublarında o qədər problemlər var ki...

12 Oktyabr 03:00 I Divizion 1 270
I Liqa klublarında o qədər problemlər var ki...

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda 1-ci Liqanın 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Cəbrayıl” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” komandası 70 manat cərimə edilib.

“Cəbrayıl” – “Qaradağ Lökbatan” oyununun 53-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 21 nömrəli futbolçusu İsa İsayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qaradağ Lökbatan” komandası 50 manat cərimə edilib.

“Difai” – “Karvan” oyununun matçöncəsi iclasında “Karvan” klubunun nümayəndəsi iştirak etmədiyinə görə “Karvan” komandası 80 manat cərimə edilib.

“Difai” – “Karvan” oyununda “Difai” klubunun futbolçusunun formasında qüsurlar olduğuna görə “Difai” komandası 100 manat cərimə edilib.

“Mingəçevir” – “Zaqatala” oyununun matçöncəsi iclasında “Zaqatala” klubunun nümayəndəsi iştirak etmədiyinə görə “Zaqatala” komandası 80 manat cərimə edilib.

“İmişli” – MOİK oyununun matçöncəsi iclasında mühafizə nümayəndəsi iştirak etmədiyinə görə “İmişli” klubu 80 manat cərimə edilib.

“Baku Sportinq” – “Qəbələ” oyununun 60-cı dəqiqəsində “Baku Sportinq” klubunun 88 nömrəli futbolçusu Əli Əliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Baku Sportinq” komandası 150 manat cərimə edilib.

“Baku Sportinq” – “Qəbələ” oyununun 68-ci dəqiqəsində “Baku Sportinq” klubunun 66 nömrəli futbolçusu Elvin Dəmirov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Baku Sportinq” komandası 100 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti