Ara yenə qarışdı – Rəhbərlik vəd etdiyi maaşı ödəmədi, çıxıb getdilər

25 Sentyabr 2024 19:40 I Divizion 2 472
Ara yenə qarışdı – Rəhbərlik vəd etdiyi maaşı ödəmədi, çıxıb getdilər

I Liqada yarışan «Mingəçevir»də ayrılıqlar baş verib.

Qapıçılar üzrə məşqçi Elnar Kərimov və bir neçə əməkdaş komandanı tərk edib.

Buna səbəb klub rəhbərliyinin verdiyi vədi yerinə yetirməməsidir. Belə ki, müqavilədə göstərilən əməkhaqqı çalışanlara ödənilməyib.

AFFA yeni mövsümün başlaması ilə əlaqədar yardım paketinin avqust üzə hisəsini «Mingəçevir»in hesabına köçürüb.

«İşıqçılar»ın idarəçiləri isə həmin vəsaiti necə bölüşdürübsə, məşqçilərə və digər əməkdaşlara kontraktda nəzərdə tutulan məbləğin bir hissəsi çatıb.

Onlara iddia edilib ki, büdcədə pul qalmayıb və kim istəmirsə, çıxıb gedə bilər. Aldadılmaqlarının fərqinə varan işçilər qapını arxalarınca çırparaq gedib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
28 Oktyabr 17:10 Çək və bizə göndər!
28 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
28 Oktyabr 04:30 "Çempionlarla bir ay"