Azərbaycanda bu liqaların futbolçuları pul alacaq: Klublar da qazanacaq - FOTO

25 Sentyabr 2024 13:40 I Divizion 954
Azərbaycanda bu liqaların futbolçuları pul alacaq: Klublar da qazanacaq - FOTO

Azərbaycan Premyer Liqasından sonra I və II Liqalarda da "Ayın qolu" seçiləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

İlk qaliblər sentyabrda vurulan qollar əsasında məlum olacaq. PFL tərəfindən hər liqada ayın “TOP-5” qolu müəyyənləşdiriləcək.

O qolun müəllifi 500 manat qazanacaq

Ardınca həmin qollar qurumun rəsmi feysbuk hesabında paylaşılacaq. İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcəklər. Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan ediləcək.

I Liqada “Ayın qolu”nun müəllifi 500 manat qazanacaq. II Liqada isə həm “Ayın qolu”nu vuran futbolçu, həm də onun çıxış etdiyi klub 500 manat mükafat əldə edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA