"Mənim klubdan ayrılmağım müzakirə olunmayıb"

8 İyul 2024 09:40 I Divizion 2 148
"Mənim klubdan ayrılmağım müzakirə olunmayıb"

"Mənim istefaya göndərilməyim klubda müzakirə olunmayıb".

Bu sözləri Sportinfo.az-a açıqlamasında MOİK-on baş məşqçisi Qəzənfər Abbasov deyib.

Birinci Liqa təmsilçisinin çalışdırıcısı yeni mövsüm də postunda qalacağını sözlərinə əlavə edib:

"Hazırda komandanın başındayam. Rəhbərliklə aramda hər hansı problem yoxdur.

Münasibətlər hər zaman qaydasında olub. Yeni mövsüm üçün artıq planları da danışmışıq.

Heyətin formalaşması yolunda addımlar atılır. Danışıq apardığımız, hətta razılaşdığımız oyunçular var.

Yəni klubdan ayrılacağım müzakirə belə olunmayıb".

"Hərbçilər" Qəzənfər Abbasovun başçılığı ilə 2023/24 mövsümünü bürünc medalla başa vurub.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi