"Qarabağ"lı futbolçunun atasına bu klubda iş verildi

5 İyul 2024 16:40 I Divizion 4 669
"Qarabağ"lı futbolçunun atasına bu klubda iş verildi

Millinin və «Qarabağ»ın müdafiəçisi Bəhlul Mustafazadənin atası Ələmdar Mustafazadə özünə yeni iş yeri tapıb.

O, bundan sonra «İmişli»də çalışacaq. Fərid Namazovu baş məşqçi postuna gətirən I Liqa təmsilçisi Ə.Mustafazadəyə də bu korpusda yer verib.

Adıçəkilən mütəxəssis ötən mövsüm «Kür-Araz»ı çalışdırıb. İmişlinin bu komandası debüt ilində çempionatı 6-cı sırada başa vurub.

Buna rəğmən, onunla klub prezidenti Mirheydər Səfiyev arasında fikir ayrılığı yaranıb. Naraszılığın kökündə rəhbərliyin futbolçulara verdiyi vədlərin arxasında dayanmaması dayanır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi