COP29

Debütantın düşərgəsində: 1-i təklif aldı, 1-i geri qayıtdı, 12-si yola salındı

21 İyun 14:40 I Divizion 1 124
Debütantın düşərgəsində: 1-i təklif aldı, 1-i geri qayıtdı, 12-si yola salındı

İlk mövsümündə I Liqada qalmaq vəzifəsinin öhdəsindən gələn «Difai» yeni mövsümə aid tədbirlərə start verib.

Qarabağ qazilərinin təmsilçisi ilk növbədə heyət məsələsinə diqqət ayırıb.

Ötən mövsüm burada çıxış etmiş 14 futbolçu ilə yollar ayrılıb. Əlirza Müştəbazadə «Səbail»dən dəvət alıbsa, icarə müddəti bitən Bayraməli Qurbanov «Araz-Naxçıvan»a qayıdıb.

Həmçinin Aleksandr Prikrostov, Maksimilian Şilder, Coşqun Əsədzadə, Gülalı Mehrəliyev, Qurban Hüseynov, Məqsum Qənbərli, Rəsul İbrahimov, Samir Əliyev, Rəhman Quliyev, Ramin Süleymanov, Valeh Qəhrəmanlı və Nazim Bağırovla müqavilənin müddəti uzadılmayıb.

Bu siyahıya daha bir neçə adın əlavə edilməsi gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!
12 İyul 11:00 Bir az bəri gəlin...
12 İyul 08:20 Daha bir transfer etdi
12 İyul 08:10 Millimiz yarımfinalda
12 İyul 01:00 "Sabah" icarəyə verdi