Bölgə klubu yeni baş məşqçi ilə ANLAŞDI

1 İyun 2024 14:00 I Divizion 4 725
Bölgə klubu yeni baş məşqçi ilə ANLAŞDI

Uğursuz mövsümün ardınca "İmişli" baş məşqçi Əsgər Abdullayevlə yolların ayrıldığını açıqladı.

Birinci Liqa təmsilçisinin boş qalan posta axtarışları uzun çəkməyib.

Bölgə klubu qısa müddətdə yeni baş məşqçisinə qovuşub.

Söhbət Fərid Namazovdan gedir.

Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Gənc çalışdırıcı U-16 millimizdə Aqil Nəbiyevin məşqçilər korpusunda çalışıb.

O, daha əvvək AFFA-nın məşqçilik kurslarında təlimatçı kimi görəv alıb.

Xatırldaq ki, "İmişli" Əsgər Abdullayevin rəhbərliyi altında 2023/24 mövsümünü 4-cü pillədə başa vurub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır