COP29

“Yalnız bu klub Premyer Liqada oynamağa hazırdır” - VİDEO

28 May 17:40 I Divizion 1 725
“Yalnız bu klub Premyer Liqada oynamağa hazırdır” - VİDEO

“Yalnız "Şamaxı" Premyer Liqada oynamağa hazırdır”.

Bu sözlər “Sportinfo”nun təsisçisi İlkin Vaqifoğluna məxsusdur.

ATV kanalında yayımlanan “Futbolumuz” verlişində Ceyhun Rzayevin qonağı olan İ.Vaqifoğlu I Liqanın yekunları haqda danışıb.

Bildirib ki, aşağı liqada çempion titulu qazanan “şirlər” elitada mübarizə aparmağa layiqdir.

Bölgə klubunun infrastrukur və təminat cəhətdən də digər iştirakçıları qabaqladığını xatırladan müsahib deyib ki, I Liqada təmsil olunan rayonlarda şərait qənaətbəxş deyil.

O, Yevlax, İmişli, Saatlı və Mingəçevir stadionlarının Premyer Liqa standartlarından çox uzaq olmasına diqqət çəkib.

Qeyd edib ki, illərdir Premyer Liqada oynayan bahalı legionerlər bu meydanlara iki dəfə ayaq basmaq istəməz.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"