COP29

Premyer Liqaya can atan klublara ayrılan pul da artırılır - SON DƏQİQƏ

26 May 16:05 I Divizion 2 413
Premyer Liqaya can atan klublara ayrılan pul da artırılır - SON DƏQİQƏ

Növbəti mövsüm I Liqada mübarizə aparacaq klublara ayrılan dövlət yardımı artırılacaq.

Bu barədə AFFA-dan saytımıza məlumat daxil olub.

Federasiyadan redaksiyamıza ötürülən informasiyaya görə, bununla bağlı müvafiq təlimat gəlib. Məsələnin İcraiyyə Komitəsinin qarşıdıakı toplantısında rəsmilik qazanması nəzərdə tutulub.

Plan son anda dəyişməsə, I Liqa mənusblarına edilən illik ödəmə 300 min manatdan 450 min manata qaldırılacaq.

AFFA bundan öncə Premyer Liqada çıxış edən klubları sevindirib. Belə ki, elita iştirakçılarının maliyyə cəhətdən təminatı yaxşılaşdırılıb.

Federasiya tərəfindən onlara məlumat verilib ki, illik yardım paketinin həcmi 1 milyon manat artırılıb. Yenilik avqust ayından - yeni mövsümün başlayacağı tarixdən etibarən qüvvəyə minəcək.

Xatırlatma üçün deyək ki, yüksək liqa mənsubları bu sezonadək illik 3 milyon manat dotasiya alırdı. Klublara göstərilən məbləğdən sərbəst istifadə haqqı verilməyib.

Xərclərin istiqaməti öncədən müəyyənləşdirilib. Hər sahə üzrə kvota qoyulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"