“Oxudum ki, Birinci Liqada iştirak edən komandanın futbolçuları danışılmış oyunlara görə hüquq-mühafizə orqanları tərəfindən göz altına alıb”.
Aktiv sosial şəbəkə istifadəçisi Tofiq Şahmuradov “feysbuk” profilində paylaşım edərək bu sözləri yazıb.
Futbol azarkeşi olan Şahmuradov vaxtilə futzal liqasında mübarizə aparan “Nəbi” komandasına rəhbərlik etdiyi qeyd edərək xərclənən pulların havaya sovrulduğunu diqqətə çatdırıb.
O, futbol üzrə Birinci Liqa klublarının əksər rəhbərlərinin danışılmış oyunlar hesabına komanda saxlaması barədə iddia irəli sürüb:
“Tam səmimiyyəmitlə deyirəm, Birinci Liqada iştirak edən komandaların əksəriyyəti danışılmış oyunların hesabına yaşıyır.
Oradakı klublara baxan əksər adamlar bukmeyker oyunlarından gələn qazanc pulları ilə komandaya baxır və 3-5 manat da ciblərinə qoyurlar.
2013-2016-cı illər aralığında dostum Əhməd Əyyubovla Azərbaycan Futzal çempionatında mübarizə aparan “Nəbi” komandasına rəhbərlik etmişik.
Son 3 ili demirəm,çempion olduğumuz il minumum 25-30 min manat cibimizdən pul xərcləmişik komandaya. İndi hərdən fikirləşirəm ki, görəsən, nəyə görə, niyə bu addımı atmışıq?
Yəgin ki,dəli olmuşuq. Bunun başqa adı yoxdur.
Öncədən deyim ki, bizim futzal çempionatının oyunları bukmeyker kontorlarında yoxdur. Biz sırf dəli futbol fanatı olduğumuz üçün bu addımı atmışıq. Komanda oyuna çıxanda hər dəqiqəni stresslə yaşırdıq, sonda da 300-500 manat mükafat paylayırdıq.
Sözümün canı nədir?
Bizdə klublara baxmaq üçün heç bir stimul yoxdur. 8-10 nəfərlik futzal klubuna baxmaq üçün indiki dövrdə minumum 40-50 min manat pul lazımdısa , futbol üzrə Birinci Liqada iştirak edən klubu saxlamaq üçün minumum 450-500 min pul lazımdır (minumum 450 min).
İndiki dövrdə hansı ağılsız 450 min pulun boşuna xərcləyər?
Bu pulu hansısa yolla çıxartmalıdır da. Ona görə Birinci Liqada oyun alğı-satqısı ilə bağlı xoşagəlməz hadisələr yaşanır”.
HƏBB / SPORTİNFO.AZ

