COP29

Premyer Liqaya vəsiqənin taleyini həll edən 3...

9 May 14:40 I Divizion 2 685
Premyer Liqaya vəsiqənin taleyini həll edən 3...

Premyer Liqada olduğu kimi, Birinci Liqada da mübarizə sona yaxınlaşır.

Elitadan fərqli olaraq “divizionda” çempionluq uğrunda amansız mübarizə gedir. “İmişli” ötən tur “Karvan”a məğlub olmaqla işini çətinə salıb.

Geridə qalan 3 turdakı nəticələrə əsasən “Qaradağ Lökbatan”la “Şamaxı”dan biri qalib adını qazanacaq.

24 turdan sonra lökbatanlılar 52, şamaxılılar 48 xala sahibdir.

Təqvimdəki vəziyyət elədir ki, çempionun adını bilmək üçün sonuncu tura gərək qalmayacaq. Əsas rəqiblərin 25 və 26-cı turlarda şəxsi görüşlərdə üz-üzə gəlməsi bu cür düşünməyə əsas verir.

Bu gün baş tutacaq oyunlarda “Şamaxı” “Karvan”ı qəbul edəcək, “Qaradağ Lökbatan” çətin İmişli səfərində yerli komandanın qonağı olacaq.

Liderlərin xal itirmək şansları kifayət qədər yüksək qiymətləndirilir. “Qaradağ” Bakıya 3 xalla qayıtsa, “Şamaxı” da “Karvan”ı udsa, ümid çempionluğa namizədlərin öz aralarındakı oyuna qalacaq.

Yox, “Qaradağ” qalib gəlsə, “Şamaxı” Yevlax təmsilçisi ilə dueldə xal itirsə, “qızıl”ın sahibinin adına böyük ölçüdə aydınlıq gələcək.

26-cı turda, yəni gələn həftə “Qaradağ”la “Şamaxı” Bakıda üz-üzə gələcəklər. Bu oyunu birmənalı çempionluq qarşılaşması adlandırmaq olar.

Qələbəyə sevinənm tərəf, çox güman, Birinci Liqanı çempion kimi başa vurmaq yolunda böyük addım atmış olacaq.

Hər bir halda Birinci Liqanın son 2 turunun oyunları gərginlik və həyəcan vəd edir. “İmişli” – “Qaradağ”, “Şamaxı” – “Karvan” və “Şamaxı” – “Qaradağ” görüşlərinin yekun nəticələri Premyer Liqaya vəsiqə qazanan komandanın adına aydınlıq gətirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti