Rayon klubu keçmiş baş məşqçisini rəhbər vəzifəyə təyin etdi

27 Mart 11:40 I Divizion 632
Rayon klubu keçmiş baş məşqçisini rəhbər vəzifəyə təyin etdi

I Liqada mübarizə aparan «Araz-Saatlı»nın rəhbərliyində yeni təyinat reallaşıb.

Şəhriyar Məmmədov aran klubunun idman direktoru təyin olunub.

O, «qırmızı-sarılar»a tanış biridir. Vaxtilə MOİK-də çalışmış Məmmədov ötən ilin ikinci yarısından oktyabr ayınadək «Araz»ın sükanı arxasında dayanıb.

Daha sonra onu baş məşqçi postunda Rüfət Quliyev əvəzləyib.

Saatlı təmsilçisi I Liqanı tərk etməyə ən real namizəd sayılır. Komanda 18 tura 4 xal toplayıb və turnir cədvəlinin sonuncu - 10-cu pilləsində yerləşib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"