DTX-nın himayəsində olan klubda inkişaf sürətlə gedir - VİDEO

20 Mart 2024 21:40 I Divizion 2 041
DTX-nın himayəsində olan klubda inkişaf sürətlə gedir - VİDEO

"Difai" daha da güclənəcək".

Bu açıqlama futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində Qarabağ qazilərini təmsil edən klubun perspektivi haqda düşüncələrini dilə gətirib.

Tanınmış teleşərhçi bildirib ki, "fədailər"in fəaliyyətə başlaması Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşəbbüsüdür.

Ölkənin təhlükəsizlik məsələlərinə məsul qurumun bu kimi layihəyə dəstək verməsini müsbət qiymətləndirən E.Abbasov deyib ki, klub inkişaf mərhələsindədir.

Xatırladıb ki, debütant I Liqaya uğursuz start götürsə də, tədricən özünüə gəlib və qış fasiləsində heyətini gücləndirməklə çətin dönəmi arxada qoyub.

Prezident Asəf Məlikovun bu yolda böyük əmək sərf elədiyini söyləyən natiq vurğulayıb ki, o, təşkilatçılıq bacarığı ilə tanınır.

Ekspert diqqətə çatdırıb ki, Cavidan Qorcıyev vitse-prezident olaraq "Difai" üçün əlindən gələni etməkdədir. Onu sözübütöv şəxs kimi xarakterizə edən müsahib bu müddətdə görülən işləri sadalayıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA