Afrika legionu Qarabağ qazilərinin qarşısında dayana bilmədi

20 Mart 09:50 I Divizion 5 991
Afrika legionu Qarabağ qazilərinin qarşısında dayana bilmədi

I Liqada iki həftəlik fasilə yaranıb.

Vaxtı boş keçirmək istəməyən «Difai» yoxlama görüşündə qüvvəsini sınayıb.

Elgiz Kərəmlinin çalışdırdığı «fədailər» «Neftçi»nin Bakıxanov qəsəbəsində yerləşən bazasında «Pelkan»la üz-üzə gəlib.

Afrikalı futbolçulardan ibarət komanda ilə qarşılaşma Ağsu təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Birinci Liqa mənsubu sparrinqini 5:3 hesabıyla üstələyib.

«Difai» 18 turdan sonra çempionatda 12 xal toplayıb. Turnir cədvəlinin 9-cu pilləsində qərarlaşan kollektiv növbəti hesabat həftəsində «Karvan»ın qonağı olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti