İcra başçısı gəldi, stadionda yer tapılmadı, "Difai" gözəl qolları sıraladı - VİDEO

11 Aprel 10:40 I Divizion 3 275
İcra başçısı gəldi, stadionda yer tapılmadı, "Difai" gözəl qolları sıraladı - VİDEO

Azərbaycan I Liqasında XXI tura start verilib.

Çempionatda qalmaq uğrunda mübarizə aparan "Araz Saatlı" və "Difai" birincilərin meydanında üz-üzə gəlib.

Saatlı komandası son 2 turda qələbə qazanmışdı. Evdə «Mingəçevir»i, Bakıda «İrəvan»ı böyük hesabla məğlubiyyətə uğratmışdılar.

Ağsu təmsilçisi isə Yevlaxda «Karvan»la qolsuz bərabərə qalmış, Şamaxıda «Qaradağ Lökbatan»a 1:2 hesabıyla uduzmuşdu.

Aranlılar «fədailər»ə qalib gəlsəydi, turnir cədvəlinin son sırasında yerdəyişmə olacaqdı. Qarabağ qazilərinin klubu buna imkan vermədi.

Baxmayaraq ki, stadiona 1300-dən artıq tamaşaçı toplaşmışdı. Bunda İcra Hakimiyyətinin də rolu az deyildi.

İcra başçısı Elmir Bağırov Olimpiya Kompleksinə təşrif buyurmuşdu, yerli dövlət qurumlarının nümayəndələri və işçiləri də burada idi.

Qonaqpərvərliyə söz ola bilməzdi. «Araz»ın rəhbərliyi rəqib tərəfin mənsublaına və azarkeşlərə hər cür şərait yaratmışdı.

Bu, yalnız oyun vaxtı olmadı, ondan əvvəl və sonra da saatlılı funksionerlər «Difai» təmsilçilərinə diqqət göstərdi.

Meydanda isə ilk dəqiqələrdən gərgin mübarizə getdi. «Araz»ın hücuma aludə olması «fədailər»in işinə yaradı.

Müdafiədə boşluq tapan Bayraməli Qurbanov sürətli reyd edərək, 10-cu dəqiqədə hesabı açıb.

Yeni ilin əvvəlində «Araz-Naxçıvan»dan icarəyə götürülmüş yarımmüdafiəçi sevincini VİP-lojaya yaxınlaşaraq bölüşüb, klub prezidenti Asəf Məlikovu nişan verib, qolu ona həsr elədiyini göstərib.

Yeddi dəqiqə sonra Kristan Kamta İlham Allahverdiyevin başla ötürməsini dəyərləndirib. Kamerunlu hücumçu arxa xətt oyunçularını qabaqlayıb və yaşadığı hissləri 3 dəfə salto vurmaqla ifadə edib.

Fasilədən sonra hərəkətliyi artıran «Araz» hücumların sayını çoxaltsa da, «Difai»nin müdafiəsini yarmağa çətinlik çəkib. Kamil Hüseynov və Əlirza Müştəbəzadə başda olmaqla, birinci zonanın fərdləri səhvsiz oyunu ilə diqqət çəkib və…

Yenə Bayraməli ilə Kristan səhnəyə çıxıb. Cütük 77-80-ci dəqiqələr aralığında dublunu rəsmiləşdirib.

Beləcə, prinsipial qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 16-ya yüksəldən "Difai" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 10 xalı olan "Araz Saatlı" isə sonuncu yerdədir.

SPORTİNFO.AZ

Saatlı OİK stadionu. 1300 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Rahil Ramazanov
Dördüncü hakim: İslam Məmmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqələr: Oqtay Məmmədov, 44 (qeyri-idman hərəkəti); Lamin Çam, 52 (qeyri-idman hərəkəti) // Məqsum Qənbərli, 16 (qeyri-idman hərəkəti); Tahir Zeynalov, 38 (qeyri-idman hərəkəti)
Qollar: Bayraməli Qurbanov, 10; 80; Kristian Kamta, 17; 77
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 4 dəq.

“Araz Saatlı”

1. Əmrah Məmmədli
11. Elnur Mustafazadə
10. Ravil Yusifli
17. Ceyhun Rəcəbli
(5. Sehran Abbasov, 67)
4. Fərid Nadirov
44. Cavidan Rəhimli
(7. Oqtay Məmmədov, 29)
66. Ənəs Şabanov
6. Həmzə Əliyev
49. Rəvan Əvəzov (k)
15. Sequn Omotoşo
(22. Davud Mahmudov, 89)
29. Lamin Çam
(19. Elijah Ben, 67)

Ehtiyat oyunçular:

12. Məhəmməd Əhmədov
8. Hazar Əmirov
24. Ülvi Əvəzov

Baş məşqçi: Rüfət Quliyev

“Difai Ağsu”

12. Əlirza Müştəbazadə
3. Kamil Hüseynov (k)
90. İlham Allahverdiyev
(27. Gülalı Mehrəliyev, 84)
99. Məqsum Qənbərli
(50. Qurban Hüseynov, 83)
6. Əzəmət Ələkbərli
(71. Coşqun Əsədzadə, 81)
14. Samir Əliyev
10. Tahir Zeynalov
16. Emil Quluzadə
(8. Ramin Süleymanov, 81)
9. Bayraməli Qurbanov
21. Benjamin Ebuka
32. Kristian Kamta
(13. Nazim Bağırov, 83)

Ehtiyat oyunçular:

1. Aleksandr Prikrostov
17. Tural Lətifov
4. Fariz Nəcəfov
19. Rəsul İbrahimov
Baş məşqçi: Elgiz Kərəmli

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU