Azərbaycanda hakim qapı xəttini keçən qola "kor" oldu - VİDEO+FOTOREPORTAJ

5 Aprel 11:20 I Divizion 1 238
Azərbaycanda hakim qapı xəttini keçən qola "kor" oldu - VİDEO+FOTOREPORTAJ

I Liqada 20-ci tura yekun vurulub.

Çempionatda qalmaq uğrunda mübarizə aparan «Difai» Şamaxıda «Qaradağ Lökbatan»ı qəbul edib.

Burada hesab erkən açılıb. «Difai»nin iki müdafiəçisi - Coşqun Əsədzadə ilə Maqsum Qəmbərli arasında anlaşılmazlıq qonaqların qələbə çörəyinə ilk yağı sürtüb.

Onların səhvindən istifadə edərək qapıçıyla təkbətək çıxan Seyxan Fərəcov cərimə meydançası daxilində Əlirza Müştəbazadə tərəfindən kobudluqla dayandırılıb. Zərərçəkən penaltini qaçırmayıb.

8-ci dəqiqədə isə inanılmaz hadisə qeydə alınıb. Nominal ev sahiblərindən Kristian Kamta topla cərimə meydançasına qədər irəliləyib və topu qapıçının yanından «çərçivə»yə istiqamətləndirib.

«Qarabağ»ın müdafiəçisi Murad Qayalı topa gec çatıb, onda da «yuvarlaq meşin» xətti tam keçib. di gəl, referi İslam Məmmədov və köməkçiləri fərqli qərar edib, «fədailər»in təmiz qolunu saymayıb.

Ümumiyyətlə, o, oyunboyu «Qaradağ»a simpatiya bəsləyib və bunu əksər mübahisəli anlarda hiss etdirib.

Özünü Lökbatan təmsilçisinin qoruyucu mələyi kimi aparan «fit sahibləri»nin «Difai»nin futbolçularının əsəblərini tarıma çəkməsiylə yadda qalıb.

Qarşılaşmanın bundan sonrakı bölümü fərqli keçib. «Qaradağ» zəif təsir bağışlayıb, özünə bənzəməyib.

Turnir cədvəlinə başçılıq edən lider təəssüratı yaratmayıb. «Difai» onlardan daha istəkli mübarizə aparıb, xüsusən cərimə meydançasına kimi.

Bəs niyə uduzdular? Yenə də fərdi səhvdən. Benjamin Ebukanın orta səhədə topu adi vəziyyətdə itirməsiylə başlayan əks-hücum qonaqları istəyinə çatdırıb.

SPORTİNFO.AZ

Şamaxı şəhər stadionu. 70 tamaşaçı
Baş hakim: İslam Məmmədov
Baş hakimin köməkçiləri: Taleh Məmmədov, Qəzənfər Məmmədov
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Nəriman Axundov
Sarı vərəqələr: Əlirza Müştəbazadə, 1 (qeyri-idman hərəkəti); Coşqun Əsədzadə, 26 (qeyri-idman hərəkəti); Seymur Rəhimov, 90 (hakimin qərarına etiraz) // Əmrah Zülfüqarlı, 40 (qeyri-idman hərəkəti); Orxan Əliyev, 87 (qeyri-idman hərəkəti)
Qol: İlham Allahverdiyev, 41 (p.) // Seyxan Fərəcov, 2 (p.); Mikel Badejo, 68
Artırılan vaxt: I hissədə - 3 dəq; II hissədə - 4 dəq.

“Difai Ağsu”

12. Əlirza Müştəbazadə
90. İlham Allahverdiyev (k)
(28. Rəhman Quliyev, 74)
99. Məqsum Qənbərli
6. Əzəmət Ələkbərli
71. Coşqun Əsədzadə
2. Seymur Rəhimov
16. Emil Quluzadə
9. Bayraməli Qurbanov
5. Əbil Əbilov
(10. Tahir Zeynalov, 43)
21. Benjamin Ebuka
(19. Rəsul İbrahimov, 71)
32. Kristian Kamta

Ehtiyat oyunçular:

1. Aleksandr Prokrostov
17. Tural Lətifov
4. Fariz Nəcəfov
14. Samir Əliyev
13. Nazim Bağırov
27. Gülalı Mehrəliyev
50. Qurban Hüseynov
8. Ramin Süleymanov
Baş məşqçi: Elgiz Kərəmli

“Qaradağ Lökbatan”

25. Əmrah Zülfüqarlı
77. Sərxan Abdullayev
8. Urfan İsmayılov (k)
44. Odri Yola
(3. Rəşad Həsənov, 46)
5. Murad Qayalı
6. Xəyal Tomarov
47. Josef Akyam
(33. Fərid Mahmudov, 55)
22. Mikel Badejo
(17. Kənan Cəfərov, 82)
9. Xəlil Bəşirov
(19. Rayan Quibero, 71)
11. Seyxan Fərəcov
15. Mehdi Tahirov

Ehtiyat oyunçular:

90. Məhəmməd Qurbanov
21. Novruz Məmmədov
88. Tunar Mütəlimov
4. Asif Məmmədov
14. Orxan Əliyev
27. Mircamal Əlizadə
Baş məşqçi: Azər Həşimov

Digər Xəbərlər
Xəbər Lenti