Klub prezidenti: "Biz bununla qane olan deyilik"

18 Mart 14:20 I Divizion 573
Klub prezidenti: "Biz bununla qane olan deyilik"

«Komandamızda inkişaf dinamikası var».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Difai»nin prezidenti Asəf Məlikov deyib.

Qarabağ qazilərini təmsil edən klubun rəhbəri I Liqanın gedişatı ilə bağlı fikirlərini bölüşüb:

«14 mart tarixində ikinci dövrə sona çatdı. Bu il komanda yeni transferlər həyata keçirəndən sonra 6 oyun keçirib.

İki qələbə, iki heç-heçə və iki məğlubiyyət olmaqla 8 xal qazanılıb. Qarşıya qoyulan məqsəd bu olmasa da, nəticəni qənaətbəxş hesab etmək olar.

Nəzərə almaq lazımdır ki, yeni transfertlər həyata keçirəndən sonra uyğunlaşma prossesi bir qədər vaxt alır. Ümidverici hal odur ki, artıq komandada özünəinam yaranmağa başlayıb.

İlk dövrəylə müqayisədə nəticələrimizin yaxşılaşması da bunu göstərir. Təbii ki, biz bununla qane olan deyilik.

Hazırda turnir cədvəlində doqquzuncu yerdəyik. Məqsədimiz tezliklə təhlükəli zonadan uzaqlaşmaq və mövsümü yaxşı notlarla başa vurmaqdır.

Elgiz Kərəmli başda olmaqla, məşqçi korpusuna inanırıq. Biz komanda üçün mümkün olan hər şəraiti yaratmışıq.

Əminik ki, gənc məşqçilərimiz onlara bəslənilən bu etimadı doğruldacaqlar. Bilirsiz, hazırda «Difai»də çox gözəl ailə mühiti formalaşıb.

Mən bunda vitse-prezident Cavidan Qorçıyevin də rolunu qeyd etməliyəm. Gənc və düzgün insandır, komanda üçün əlindən gələni əsirgəmir.

Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətinə minnətdarlığımı bildirmək istəyirəm. Klubla bağlı bir çox məsələlərdə öz dəstəklərini göstərirlər.

Şadıq ki, Qarabağ müharibəsinin iştirakçılarına, qazilərinə bu səviyyədə diqqət və qayğı var».

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"