Bölgədə rəhbər şəxsdən futbol naminə təqdirəlayiq addım - FOTOLAR

18 Mart 16:00 I Divizion 580
Bölgədə rəhbər şəxsdən futbol naminə təqdirəlayiq addım - FOTOLAR

Ötən mövsüm Premyer Liqanı tərk edən”Şamaxı” yenidən yüksək liqaya qayıtmaq üçün mübarizəsini davam etdirir.

Bölgə klubu Birinci Liqada 4-cü pillədə qərarlaşır.

18 turdan sonra aktivində 34 xalı olan Ramiz Məmmədovun yetirmələri lider “Qaradağ Lökbatan”dan cəmi 2 xal geri qalır.

“Şirlər”i rəqiblərindən fərqləndirən əsas özəllik iddiasını qorumaqla bərabər, həm də infrastrukturunu qoruyur və akademiyanın fəalliyyətini nəzarətdə saxlayır.

Aşağı liqada ikinci belə bir klub yoxdur.

Bu gün klubun nəzdində 5 yaş qrupu (U-10, U-11, U-12, U-13, U-15) fəaliyyətini davam etdirir.

Akademiyada məşqlərə qoşulanların hamısı yerli uşaqlardır. Rəhbərlik də zaman-zaman onların problemləri ilə yerində tanış olur.

Məsələn, ən son Klubun İdarə Heyətinin sədri Elçin Usub azyaşlılara baş çəkib.

U-11, U-12, U-13 komandalarının oyunlarını canlı izləyib.

Sonda yeniyetmə futbolçularla söhbətləşib, onlara uğurlar arzulayıb.

Rəhbər şəxs akademiya uşaqları ilə xatirə fotosu çəkdirməyi də unutmayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!