Danışılmış oyunlarda adı keçən sabiq "Beşiktaş"lı Azərbaycanı tərk etdi

18 Mart 19:00 I Divizion 1 202
Danışılmış oyunlarda adı keçən sabiq "Beşiktaş"lı Azərbaycanı tərk etdi

“İrəvan”ın futbolçusu Azərbaycanı tərk edib.

Söhbət Birinci Liqa təmsilçisinin müdafiəçisi Ege Atlamdan gedir.

Türkiyəli legioner vətəninə yollanıb.

Onun komandasının son iki matçında meydana çıxmaması bununla bağlıdır.

Xatırladaq ki, bir müddət əvvəl danışılmış oyunlarla bağlı hüquq-mühafizə orqanlarında sorğu-sual edilən 10-a yaxın “İrəvan”lı futbolçu arasında Ege Atlam da yer alıb.

24 yaşlı futbolçu Türkiyə nəhəngi “Beşiktaş”ın yetirməsidir. O, İstanbul təmsilçisinin U-21 komandasına kimi bütün alt yaş qruplarında çıxış edib.

“Beşiktaş”dan ayrıldıqdan sonra mərkəz müdafiəçisi karyerasını ölkəsində “Bayrampaşa” və “Çatalcaspor” kimi aşağı liqa klublarında davam etdirib.

Ege 2022-ci ildən Azərbaycana pənah gətirib.

Arxa xətt oyunçusu 2022/23 mövsümündə “Araz Naxçıcan”ın, ötən ilin yayından isə “İrəvan”ın şərəfin qoruyur.

O, Azərbaycanın U-17 və U-21 milli komandalarında da forma geyinib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!