Azərbaycanda baş məşqçi komandasına qəsdən məğlubiyyət verdirib? - ŞÜBHƏLİ MƏSƏLƏ

16 Mart 11:40 I Divizion 2 000
Azərbaycanda baş məşqçi komandasına qəsdən məğlubiyyət verdirib? - ŞÜBHƏLİ MƏSƏLƏ

AFFA İntizam Komitəsinin I Liqanın 18-cı turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul etməsindən xəbərdarsız.

"İrəvan” – “Zaqatala” matçının 83-cü dəqiqəsində birincilərin heyətində Balamirzə Soltanovun əvəzinə meydançaya adı matçın protokolunda qeyd edilməmiş Kamil Mahmudov daxil olub.

Bu səbəbdən “İrəvan”a 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 400 manat cərimə edilib.

Sözügedən oyunda "İrəvan" 3:0 hesabı ilə qalib gəlmişdi. Bu qərardan sonra 3 xalı silinən "İrəvan" 23 xalla 6-cı pillədə qərarlaşıb.

Qərbi Azərbaycan təmsilçisinin rəhbərliyi məlum hadisədən ötrü araşdırmaya başlayıb.

Konkret olaraq bir nəfərin - Nazim Süleymanovun hərəkətlərini incələməkdədirlər. Onların qənaətinə görə, baş məşqçi qəsdən belə edib.

Çünki Süleymanov 13-cü turda da bu halla diqqət mərkəzinə düşüb. “İmişli” ilə Bakıdakı qarşılaşmanın (1:3) ilk hissəsindən sonra meydan sahibləri dəyişiklik etmək istəyib.

Baş məşqçi 22 nömrəli futbolçunu meydana buraxıb. Lakin ehtiyat hakim görüşü başlatmaması ilə bağlı referiyə xəbərdarlıq edib.

Çünki həmin oyunçunun adı matçın iştirak ərizəsində yer almayıb. Yəni, Nazim Süleymanov adı protokolda olmayan futbolçunu meydana buraxmaq istəyib.
Təxminən 5 dəqiqə çəkən müzakirədən sonra hakimlər mütəxəssisi başa salmağı bacarıb. Həmin oyunçunun yerinə isə meydana Fəhmin Muradbəyli daxil olub.

Və indi də belə… Niyə məhz belə?

«İrəvan» rəhbərliyi Süleymanovu aldadıb. Vəd etdikləri məvacibi verməyiblər. Üst-üstə 15-16 min civarında borc yığılıb qalıb.

Baş məşqçidən istefa ərizəsi yazması istənilib, razılaşmayıb. «Pulumu ödəyin, çıxıb gedim» deyib. Son neqativ hadisələr də daxili qarşıdurmanın nəticəsidir.

Süleymanov bununla rəhbər(liy)ə söyləmək istəyir ki, siz maaşımı ödəmədiyiniz halda, reputasiyamı korladızsa, mən də komandanın nə vasitə ilə olur olsun, uduzmasının qarşısını almayacam.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"