Tanınmış azərbaycanlı məşqçi istefa verməkdən İMTİNA ETDİ - Pula görə

14 Mart 11:40 I Divizion 2 395
Tanınmış azərbaycanlı məşqçi istefa verməkdən İMTİNA ETDİ - Pula görə

«İrəvan» rəhbərliyi ilə Nazim Süleymanov arasında münasibətlər qırılma həddinə çatıb.

Yaxşı günlər yaşamayan Qərbi Azərbaycan təmsilçisi baş məşqçisini istefaya getməyi təklif eləsə də, o, bununla razılaşmayıb.

Ötən ilin yayında I Liqa klubunun sükanı arxasına keçən mütəxəssis vəziyyət nə olur olsun, vəzifəsindən ayrılmayacağını bildirib.

Süleymanov müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb edib. Konkret olaraq maaş borcunun ödənilməsini istəyib.

«İrəvan»lı idarəçilərin hazırda buna gücü çatmır. Çünki baş məşqçinin məvacibi çox yüksəkdir. Aylıq əməkhaqqısı 3500-4000 manat civarındadır.

«İrəvan» yeni ildə 5 oyun keçirib və dörd məğlubiyyət alıb. 2024-cü ildə yalnız «Mingəçevir»i məğlubiyyətə uğratmağı bacarmış kollektiv hazırda 23 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!