AFFA nəzarəti öz üzərinə götürdü, vəsait ayırdı, bu şəhərdə tikinti başladı

14 Mart 22:20 I Divizion 2 471
AFFA nəzarəti öz üzərinə götürdü, vəsait ayırdı, bu şəhərdə tikinti başladı

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda yeni meydançanın tikintisinə start verilib.

Bu işlər AFFA-nın ayırdığı maliyyə vəsaiti hesabına görülür.

Arenada süni qazonun salınmasına felerasiyanın özü nəzarət edir. Bunun üçün lazım olan avadanlıqlar artıq bura gətirilib.

Meydança qarşıdakı aylarda hazır vəziyyətə gətirilicək. Prosesin yayın ortadək tamamlanması gözlənilir. Ondan sonra «Mingəçevir» məşqlərini orada keçəcək.

Yeni meydançanın salınması AFFA-nın baş katibi Sərxan Hacıyevin birbaşa dəstəyi ilə mümkün olub. O. yerli futbol ictimaiyyətinin müvafiq xahişini nəzərə alaraq, məlum istiqamət üzrə vəsait ayrılmasını tapşırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!