Tanınmış ekspert DTX-nın yaratdığı klubdan nə söylədi?

13 Mart 16:40 I Divizion 1 039
Tanınmış ekspert DTX-nın yaratdığı klubdan nə söylədi?

«Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) belə bir layihə həyata keçirməsi sevindirici haldır».

Bu fikirlər futbol eksperti Emin Abbasova məxsusdur.

Tanınmış teleşərhçi I Liqada mübarizə aparan «Difai»nin DTX-nin təşəbbüsü ilə yaradıldığını bildirib.

O, ölkənin təhlükəsizliyinə məsul mötəbər qurumun II Qarabağ müharibəsinin iştirakçı və qazilərinin qayğısına qaldığını, onları normal həyata qaytarmaq üçün mühüm addımlar atdığını, idmana diqqət ayırdığını deyib:

Tanınmış ekspert DTX-nın yaratdığı kluba dəstək oldu

«Bu yaxınlarda kanalların birində «Difai» haqda çəkilmiş sənədli filmi izlədim. Belə görünür ki, «Difai» təşkilatlanmış, daim inkişaf edəcək, böyük hədəflər uğrunda mübarizə aparacaq klub olacaq.

Bu klubun rəhbərliyində işini gözəl bilən şəxslər yer alıb. Asəf Məlikovun işküzarlığı, təşkilatçılıq bacarığı idman sahəsində olan hər kəsə yaxşı məlumdur.

Mən eyni zamanda vitse-prezident Cavidan Qorçıyevin gördüyü işləri qeyd edərdim».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti