COP29

I Liqa klubu icazə aldı, bir rayondan başqasına köçdü

21 Noyabr 2023 14:20 I Divizion 963
I Liqa klubu icazə aldı, bir rayondan başqasına köçdü

I Liqada çıxış edən “Difai Ağsu” bu mövsüm ev oyunlarını Şamaxıda keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Bildirilib ki, adıçəkilən klub quruma məsələ ilə bağlı müraciət ünvanlayıb. Ağsu şəhər stadionunda aparılan təmir işləri ilə əlaqədar komanda ev oyunlarının Şamaxı şəhər stadionunda keçirilməsinə icazə verilməsini xahiş edib.

PFL öz növbəsində təmir işləri yekunlaşana qədər “Difai Ağsu”nun rəqiblərini Şamaxıda qəbul etməsini qərara alıb.

Digər Xəbərlər
Xəbər Lenti