İstefa verməyə hazırlaşır? - Redaksiyamıza zəng vurdu, AÇIQLADI Kİ...

30 Sentyabr 22:20 I Divizion 711
İstefa verməyə hazırlaşır? -  Redaksiyamıza zəng vurdu, AÇIQLADI Kİ...

Üç ay öncə məşqçilik karyerasını bərpa edən Əsgər Abdullayevin səhhətində problem yaranıb.

I Liqada mübarizə aparan "İmişli"ni çalışdıran mütəxəssis buradan ayrılmağa hazırlaşır.

O, klub rəsmiləri ilə söhbətində fəaliyyətinə ara vermək niyyətində olduğunu bildirib.

Vaxtilə "Şəfa", "Bakı", "Olimpik", "Turan" və "Araz-Naxçıvan"da işləmiş Abdullayev sağlıq durumunun onu narahat elədiyini, bundan sonra diqqətini müalicəyə ayırmaq istədiyini söyləyib.

Amma redaksiyamızla əlaqə saxlayan təcrübəlu baş məşqçi yazılanlara razılaşmadığını bildirib.

O, hazırda səhhətindən şikayətçi olmadığını sözlərinə əlavə edib:

“Sağlamlığımda hər hansı problem yoxdur. Özümü yaxşı hiss edirəm.

İşimin başındayam. Və “İmişli”dən ayrılmaq barədə düşünmürəm. Bütün məqsədim komandanı uğura daşımaqdır”.

Aran təmsilçisi I Liqanın ilk 3 turunda 3 xal toplayıb. Öncə Saatlıda “Araz”a 3 cavabsız qolla qalib gələn “İmişli” daha sonra Bakıda MOİK 0:1, evdə isə “Şamaxı”ya 0:3 məğlub olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 Dekabr 18:10 Çək və bizə göndər!
2 Dekabr 10:20 Lider dəyişdi - VİDEO
2 Dekabr 03:10 "Mən ona dedim ki..."